İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.
SİA APA-ya istinadən xəbər verir ki,bu bardə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.
AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdaki avtomobillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB