Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub - sakinlər təxliyə edilib
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN-dən SİA-ya bildirilib ki, hazırda xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanların tətbiq edilməsi ilə yanğınsöndürmə işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB