Avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub

Avtobusun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub

Rusiyanın Dağıstan Respublikasında reys avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə “Qafqaz” yolunun Koxanovka kəndi ərazisində baş verib. İlkin məlumata görə, minik avtomobili qarşı yola çıxaraq “Kamaz” markalı yük maşını ilə toqquşub, yük maşını isə Moskva-Xasavyurt marşrutu ilə hərəkət edən avtobusa çırpılıb. Zərbənin təsirindən bir neçə avtomobil yanıb.

Hazırda 9 nəfərin həlak olduğu, 20 nəfərin yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə