Xaçmazda iki avtomobil toqquşdu - xəsarət alanlar var

Xaçmazda iki avtomobil toqquşdu - xəsarət alanlar var

Xaçmazda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, Xaçmaz-Şabran yolunda “Niva” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Nəticədə 1960-cı il təvəllüdlü Mustafayev Vaseh Barcə oğlu, 1964-cü il təvəllüdlü Mustafayeva Lyudmila Nəcməddin qızı, 1988-ci il təvəllüdlü Əhmədov Elvin Kəmaləddin oğlu, 1964-cü il təvəllüdlü Quliyev Nadir Qulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə