Vətən müharibəsi iştirakçısının özünü yandırması faktı araşdırılır- Baş Prokurorluq

Vətən müharibəsi iştirakçısının özünü yandırması faktı araşdırılır- Baş Prokurorluq

Naftalan şəhərində Vətən müharibəsi iştirakçısının özünü yandırması faktı araşdırılır.

SİA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə