...İyunun 18-də səhər saatlarında Atırau-Aktobe magistralında “Lada Priora” markalı minik avtomobili ilə “Yutong” markalı avtobusun toqquşması nəticəsində 6 nəfərdən ibarət bir ailə həlak olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 1985-ci il təvəllüdlü qadın, həmçinin 2013, 2016, 2019 və 2021-ci il təvəllüdlü uşaqlar hadisə yerində ölüb.
“Lada Priora” markalı avtomobili idarə edən ailənin başçısı – ata isə Atırau vilayət xəstəxanasında dünyasını dəyişib.
Sərnişinlərin və avtobusun sürücüsünün vəziyyəti barədə məlumat verilmir.
Qəzada iştirak edənlərin kimliyi barədə hələlik məlumat yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB