Ağsuda avtomobil qəzası olub.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ağır bədən xəsarətləri alıb. “QAZ-3110” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə nəticədə Göyçay rayon İncə kənd sakini 1959-cu il təvəllüdlü Mehdiyev Əkbər Ələkbər oğlu və Ağsu rayon sakini 1992-ci il təvəllüdlü Zərbəliyev Fuad Məmmədşah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Göyçay rayon sakinin vəziyyəti ağır olduğu bildirilir. Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB