Qazax sakinində qumbara və narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.
Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB