Kürdə batan 3 yeniyetmənin meyiti çıxarılıb

Kürdə batan 3 yeniyetmənin meyiti çıxarılıb

Neftçala rayonunun Cəngan kəndi ərazisində Kür çayında 3 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində iyunun 16-da axşam saatlarında batan 3 yeniyetmənin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə