Prokurorluq 90 cinayət işini məhkəməyə göndərib

Prokurorluq 90 cinayət işini məhkəməyə göndərib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu günün rəqəmi isə 90-dır.

Belə ki, 2023-cü ilin may ayı ərzində prokurorluq orqanlarında istintaq olunan 90 cinayət işi məhkəməyə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə