Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bərdədə “Köhnə bazar” adlanan ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bərdə şəhərində yerləşən “Köhnə bazar” adlanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının mürəkkəbliyinə baxmayaraq geniş sahəyə yayılaraq böyük fəsadların yaranmasına imkan verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə