Kürdəmirdə yol qəzasında 3 nəfər xəsarət alıb

Kürdəmirdə yol qəzasında 3 nəfər xəsarət alıb

Kürdəmirdə baş verən qəzada xəsarət alanların adları məlum olub.

SİA APA-ya istinadən xəbər verir ki, bunlar İmişli rayon sakinləri - 1968-cı il təvəllüdlü Adəm İxtiyar oğlu Abbasov, onun həmyaşıdı Lalə Nadis qızı Abbasova və Kürdəmir rayon sakini, 1999-cu il təvəllüdlü Yusif Tərlan oğlu Qurbanovdur.

***

18.55

Kürdəmirdə yol qəzası baş verib.

Hadisə Kürdəmir-Ağsu-İmişli yolunda qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 3 nəfər müxtəlif xəsarətlər alıb. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə