Bu gün saat 18.00 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB