Kürdəmirdə həmyerlisini güllələyərək öldürən şəxs saxlanılıb - YENİLƏNİB

İyunun 10-də 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovun odlu silahdan açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu saxlanılıb.

Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə