İyunun 10-da saat 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını, 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB