Satışda külli miqdarda aksiz markasız tütün məmulatı aşkar edilib

Külli miqdarda tütün məmulatları aşkar edilib. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aksiz markası ilə markalanmamış külli miqdarda - 3989 qutu tütün məmulatlarının satışının təşkil edilməsi müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə