Torpağa basdırılmış silah aşkarlanıb

Gəncədə silah-sursat aşkar edilib. SİA DİN-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyevin şəhər ərazisində torpağa basdırdığı 2 ədəd nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 2 ədəd avtomat patronu aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə