Abşeron Rayon Prokurorluğunda Xırdalanda qadının atraksiondan yıxılaraq ölməsi faktı araşdırılır. Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 8-i rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB