Naxçıvan sakini bıçaqla özünə xəsarət yetirib. SİA xəbər verir ki, hadisə şəhərin Əliqulu Qəmqüsar küçəsində qeydə alınıb.
Naxçıvan şəhər sakini, 1969-cu il təvəllüdlü Muxtarov Əjdər Məhəmməd oğlu özünə bıçaqla xəsarət yetirib. Döş qəfəsinə bir neçə bıçaq zərbəsi ilə xəsarət yetirən Ə.Muxtarov Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB