Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“Qazel” markalı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. Hadisənin təfərrüatları və piyadanın kimliyi aydınlaşdırılır.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə