Boks üzrə SSRİ yığma komandasının keçmiş baş məşqçisi Konstantin Koptsev Moskvada yoxa çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə, 73 yaşlı kişi evdən çıxıb və qayıtmayıb.
Koptsevin qızı polisə müraciət edərək, atasının iyunun 8-də günorta saatlarında evdən çıxdığını və hələ də qayıtmadığını bildirib.
Qeyd edək ki, Konstantin Koptsev mütərəqqi xəstəlikdən əziyyət çəkirmiş.
1981-1988-ci illərdə Koptsev SSRİ gənclər komandasının, 1988-1992-ci illərdə isə SSRİ yığmasının və Birləşmiş Komandanın baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 1989-cu ildə dünya çempionatında və 1991-ci ildə Avropa çempionatında ən yaxşısı olub.
Koptsev 1995-ci ildə Rusiyada boksçuların həmkarlar ittifaqlarının regionlararası birgə komitəsinə rəhbərlik edib. O, Rusiya Boks Federasiyasının məşqçilər şurasının sədri və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının məşqçilər komissiyasının üzvü idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB