Qonşusunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qubada qonşusunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində oğurluq olması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2850 manat olan qızıl-zinət əşyaları oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayonun Qəçrəş kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mirzayev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə