Rusiyalı gəncə hücum edən köpəkbalığı onu öldürüb

Rusiyalı gəncə hücum edən köpəkbalığı onu öldürüb

Misirin Hurqada kurortunun çimərliklərindən birində köpək balığı rusiyalı bir kişiyə hücum edərək onu öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, yırtıcı çimən cütlüyə hücum edib.

Qız üzərək aradan çıxa bilib, amma kişi... və köpək balığı kişini suyun altına çəkib.

“Lentu.ru”nun məlumatına görə, hadisə “Dream Beach” otelinin yaxınlığında baş verib. Yerli polisin dediyinə görə, həmin şəxs bir neçə aydır Misirdə yaşayırmış.

Rusiya Federasiyasının Hurqadadakı Baş Konsulluğu Rusiya Federasiyası vətəndaşının ölümünü təsdiqləyib. Həmçinin, Rusiya Baş Konsulluğu həmvətənlərinə suda ayıq-sayıq qalmaq xahişi ilə müraciət edib.

Rus saytları ölən rusun 23 yaşlı ştatdankənar illüstrator olduğunu və əvvəllər Moskva yaxınlığındakı Balaşixada yaşadığını əldə ediblər.

Qeyd edək ki, bu köpək balığının hücumu ilə bağlı ilk hadisə deyil. Belə ki, ötən il də Hurqadada iki turist qadın köpək balıqlarının hücumuna məruz qalmışdılar. Belə ki, onlar yırtıcıların hücumuna məruz qaldıqdan sonra ölmüşdülər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə