Aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib

Aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib

Bakıda apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib.

SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.
Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə