Bakıxanov qəsəbəsindəki çoxmərtəbəli binada yanğın olub

Bakıxanov qəsəbəsindəki çoxmərtəbəli binada yanğın olub

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "Uğur-2" yaşayış kompleksinə daxil olan çoxmərtəbəli yaşayış binalarının birində yanğın baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə