Quldurluqda şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakıda quldurluqda şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Maksim Abdullayev saxlanılıb.

Araşdırmalarla onun metronun “İnşaatçılar” stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə