Qazaxda çətənə kolları məhv edilib

Qazaxda çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan çox olan 12 500 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə