Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində növbəti əməliyyat keçirilib.

Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahin Babayev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə