Laçında yabanı halda bitən çətənə kolları məhv edilib - FOTO

Laçında yabanı halda bitən çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib.

Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə