Naxçıvanda yanğın baş verib.
SİA-nın məlumatına görə, yanğın bu gün şəhərin "Park AVM" ticarət mərkəzində qeydə alınıb. Yanğının binanın sonuncu mərtəbəsində yerləşən kafenin mətbəxində başladığı bildirilir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan Dövlət Yağından Mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB