Ağcabədidə güclü külək bir nəfərin ölümünə səbəb olub

Mayın 31-də güclü külək Ağcabədi rayonunun yaşayış məntəqələrində bir sıra fəsadlar törədib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, külək nəticəsində rayon ərazisində ağaclar aşıb, fərdi evlərə və yardımçı binalara, kənd təsərrüfatına ziyan dəyib, yaşayış məntəqələrinin bir çoxunda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayonun Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Mamedov Allahverən Qəzənfər oğlu küləyin aşırdığı tut ağacının altında qalaraq dünyasını dəyişib.

Hazırda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Artıq kəndlərin bəzilərində elektrik enerjisinin verilməsi bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə