Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb - xəsarət alanlar var

Kürdəmir rayonunda idarəetmədən çıxan avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var. SİA-nın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bayraq meydanı ərazisində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan “Kia Rio” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan rayonun Muradxan kənd sakinləri - 1996-cı il təvəllüdlü Qəribov Vüqar Sarvan oğlu və 1996-cı il təvəllüdlü Baxşıyev Məhəmməd Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə