17 yaşlı qız itkin düşüb

Bir neçə gün əvvəl Şəkinin Çeşməli kənd sakini 17 yaşlı Sayalı Əfruzanova evdən çıxıb və bir daha geri dönməyib. SİA-nın yerli bürosu bildirir ki, bununla bağlı Sayalı Əfruzanovanın yaxınları rayon polis şöbəsinə məlumat veriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Çeşməli sakini mayın 26-da saat 15 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə