Oğuzda 32 yaşlı qadını maşın vurub

Oğuzda 32 yaşlı qadını maşın vurub

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərmli kəndindən keçən hissəsində baş verib.

Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Sevinc Sabir qızı İbrahimovanı “KİA” markalı minik avtomobili vurulub.

Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) S.İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə