Göyçayda iki avtomobil toqquşub - xəsarət alanlar var

Göyçayda iki avtomobil toqquşub - xəsarət alanlar var

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub. SİA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib. "Toyota Prado" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Prado" yoldan çıxaraq kənara düşüb. Hadisə nəticəsində rayon sakinləri - 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə