Gənc ehtiyatsızlıqdan ağır xəsarət alıb

Gənc ehtiyatsızlıqdan ağır xəsarət alıb

Gədəbəy rayonunda yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb. SİA-nın Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Hikmət Nağıyev hər iki qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O, çox qan itirdiyindən vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkənin dediyinə görə, əsəbi halda qolları ilə qapı aynasını sındırıb. Bu zaman şüşə onun hər iki qolunu kəsib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə