Məktəb direktoru və müəllimləri qəzaya düşüb

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda qeydə alınıb.

Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.

Nəticədə "Nissan Tida"nın sürücüsü və maşında sərnişin qismində olan Tahir Zülfüqarov və Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işə çalışır.

Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə