Ramanada avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Mayın 26-da saat 10 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində bir nəfərin “Opel” markalı avtomobilin üzərinə benzin tökərək yandırması barədə polisə məlumat daxil olub. SİA-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə F.Bayramova məxsus avtomobili yandırmaqda şübhəli bilinən qəsəbə sakini olan Səbuhi Heydərzadə müəyyən olunaraq saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə