Dənizdə batan gənc oğlan xilas edilib

Dənizdə batan gənc oğlan xilas edilib

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə