Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partalıyışı baş verib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.
Onun sol ayağından xəsarət aldığı bildirilir.
Hazırda xəstəxanada müalicəsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB