Bakıda üstünə manqal aşan uşaq ölüb

Bakıda üstünə manqal aşan uşaq ölüb

Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

SİA xəbər verir ki, Binəqədi rayonunda 2019-cu il təvəllüdlü Rəhim Səfərov ailə üzvlərinin yanında olan zaman yaşadığı evin həyətində manqalın üstünə çıxıb tut dərmək istəyib, manqalın onun üstünə düşməsi nəticəsində xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən azyaşlı həkimlərin səyinə baxmayaraq ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə