Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.

"Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə