Xaçmazda piyadanı maşın vuraraq öldürüb

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində - Bakı prospektində qeydə alınıb.

"AzSamand" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Onun şəxsiyyətini hələ ki müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə