Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən SİA-ya verilən məlumata görə, yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac, 7 ədəd qoruyucu açar və 3 p.m çıxış kabeli yanıb. Yüksək temperaturdan plastik su borusu 1 p.m əriyib və 2 ədəd qaz sayğacı yararsız vəziyyətə düşüb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə