Yol qəzasında bir nəfər xəsarət alıb

Yol qəzasında bir nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi olub.

SİA-nın əldə etdiyi məlumata görə, qəza Kürdəxanı yolunda baş verib. "Kia" və "Toyota Prius" markalı" avtomobillər toqquşub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, iki minik maşının toqquşması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hadisə yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı tədqiqat araşdırması aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə