Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb - yaralılar var

Ələt-Astara yolunda minik avtomobili yük maşınına çırpılıb - yaralılar var

Ələt-Astara avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə