Evdən 9 min manat və 7 min dollar oğurlanıb

Evdən 9 min manat və 7 min dollar oğurlanıb

Sabirabad şəhəri ərazisindəki evlərin birindən 9000 manat və 7000 ABŞ dolları oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə