Arıların sancdığı Cəlilabad sakini xəstəxanada ölüb

Arıların sancdığı Cəlilabad sakini xəstəxanada ölüb

Cəlilabad sakinini arı sancıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib.

Adil Rzayev arılara qulluq edərkən, arı təknəsinin üstünə yıxılıb. Bu zaman arılar ona hücum edib.

A.Rzayev Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinı baxmayaraq arıçı xəstəxanada dünyasını dəyişib.

Ilkin ehtimala görə A.Rzayevin ölümünə səbəb arı sancmasıdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə