Hacıqabulda avtomobil piyadanı vurub

Hacıqabulda avtomobil piyadanı vurub

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Neyniman kəndində qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçən Meyniman kənd sakini, 1951-ci il təvəllüdlü Həsənov Günəş Ağasəlim oğlunu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə