Qobustanda yol qəzası olub, 5 nəfər ölüb

Qobustanda yol qəzası olub, 5 nəfər ölüb

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Cəngi adlanan ərazidə qeydə alınıb.

Qəza nəticəsində 2 qadın, 3 kişi olmaqla 5 nəfər ölüb.

DİN-in mətbuat xidmətinin yerli bürosundan bildirilib ki, hadisə barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə